Bizdən diləndikləri qəpiklərdən saraylar yapan qaraçılar
Rumıniyanın paytaxtı Buxarestdən 80 km aralıda kiçik Buzesku şəhəri yerləşir. Çox kiçik şəhərdir: şəhərdə cəmi 800 ev var. Amma burda dəyəri 2 milyon avrodan tutmuş 30 milyon avroyadək olan evlərə rast gələ bilərsən.
Burda Rumıniyanın milyonçuları yaşamır. Heç hansısa kurort şəhəri də deyil ki, dünyanın varlıları bura can atsın. Bura, Buzeskudur. Bura dünyanın qaraçı-baronlarının yaşadığı şəhərdir. Həmin evlər də elə baronlarındır.
Həmin baronların şahı isə Florian Çioabadır. Ümumiyyətlə, bütün dünya qaraçılarının şahıdır, o. Eləcə də Azərbaycan qaraçılarının. Onun illik qazancının 50 milyon avrodan çox olduğu bildirilir.
Şahın baronları arasında onun qədər də varlı və nüfuzlu olmasa da, ağlasığmaz imkanlıları da yox deyil.
Məsələn, Moldova qaraçılarının baronu Artur Çerar və onun tayfasının illik qazancı 20-40 milyon avro arasındadır.
Kosovolu baron Nəcməddin Nezirinin tayfası isə ona ildə 50 milyona avroya qədər gəlir gətirir.
Amma bununla belə Çiobanın varidatına və dəbdəbəsinə ən varlı oliqarxlar belə qibtə edə bilərlər.
Həm də bilirsinizmi nəyə görə?
Dünya qaraçılarının şahının təkcə yataq otağının bəzədilməsinə 55 kiloqram qızıl işlədilib.
Şəkillərdə gördüyünüz evlər də elə qaraçılarındır. Hər gün qır-saqqız olub bizdən aldıqları qəpiklərdən isə sən demə, Çiobaya da pay düşürmüş…
Qeyd: Lent.az yazının “topnews”un materialları əsasında hazırlayıb.
Səbuhi

Oxşar yazılar

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN: 5 nəfər öldü
3 avqust 2025 , 05:37
Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
2 avqust 2025 , 22:36
Tehranda su qıtlığına görə daha bir problem: İctimai tualetlər bağlanır
2 avqust 2025 , 15:08
Trampdan FES rəhbərinə: İstefa ver
2 avqust 2025 , 08:19
Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi
2 avqust 2025 , 01:56
Trampdan sərt addım - Rusiyanın yaxınlığına iki nüvə sualtı qayıq göndərdi
1 avqust 2025 , 21:57