“Dəhşətli tıxaclar var, donuruq, bazarlar bağlanıb” - AÇIQLAMA
Bu gecədən başlayaraq Moskvada yenidən güclü qar yağmağa başlayıb.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qarın hündürlüyü 20 santimetrə çatır.
Temperatur 0-2 dərəcəyə qədər aşağı düşüb, bu da yoların buz bağlamasına səbəb olub.
Məlumata görə, sinoptiklər yağıntının bu gecə dayanacağını proqnozlaşdırırlar. Ancaq yağan güclü qar artıq ciddi problemə yol açıb. Bu gün Moskvanın “Vnukovo” aeroportu bağlanıb. “Vnukovo” dan təyyarələrin uçuşuna və enişinə icazə verilmir. Hazırda aeroport əməkdaşları uçuş-eniş xətlərini qardan təmizləyirlər. “Vnukovo” aeroportunun nə vaxt açılacağı barədə məlumat verilmir. Moskvadakı “Şeremetevo” aeroportu isə planlı rejimdə işləyir. Aeroportda uçuş-eniş zolaqları mütəmadi təmizlənir, fasiləsiz duz əleyhinə reagentlər səpilir. “Domodedovo” aeroportundakı vəziyyətlə bağlı isə hələ məlumat daxil olmayıb.
Moskvanın mərkəzinə gedən bütün yollara isə nəhəng tıxaclar yaranıb. Məsələn, Leninqrad şosesində tıxac 20 kilometrə çatır, Minsk şosesində isə tıxac 10 kilometri keçib. Kalujsk və Şelkovsk şosesində də vəziyyət fərqli deyil.
Moskvada yaşayan soydaşımız Teymur Hüseynov Lent.az-a bildirib ki, güclü qar yağması və havanın çox soyuq olması səbəbindən şəhərdə hərəkət çətinləşib, dəhşətli tıxaclar əmələ gəlib. O, Moskva bazarlarında çalışan azərbaycanlıların da işə çıxmadıqlarını söyləyib.
“Azərbaycanlıların çalışdığı əksər bazarlar bağlıdır. Yollarda tıxac olduğundan, buz bağladığından satıcılar bazara mal daşıya bilmirlər. Sinoptiklər də ümidverici heç nə demirlər. Hələ ki evdə oturmuşuq”- deyə o, bildirib.
Ramiz

Oxşar yazılar

Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27
SEPAH-ın yeni vəzifəyə təyin olunan generalı da öldürüldü
17 iyun 2025 , 11:00
İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdu - RƏSMİ
17 iyun 2025 , 10:35