Türkiyədə müğənni kürd dilində mahnı oxuya bilmədiyi üçün güllələnib!
Dekabrın 16-da saat 23:00 radələrində Türkiyənin Mersin şəhərində əylənmək üçün “DT Jasmin Türkü” adlı bara gələn Metin Baydar 38 yaşlı müğənni Sarp Öztürkdən kürd dilində mahnı oxumasını istəyib.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Sarb Öztürk kürd dilində mahnı bilmədiyini söyləyib.
Sifarişinin yerinə yetirilməməsinə qəzəblənən Metin Baydar gecə saat 01:00 radələrinə qədər barda qalıb və müğənniyə, gitaraçı Göktay Okçuya və 21 yaşlı bar xidmətçisi Ramazan Koça söz ataraq sataşmağa başlayıb. Saat 01:00-da bardan çıxan Metin Baydar evdən silahını götürərək yarım saat sonra geri qayıdıb. O, evli və 1 uşaq atası olan Sarp Öztürk, gitaraçı Göktay Okçu və bar xidmətçisi Ramazan Koça atəş açıb.
Qarın boşluğundan 2 güllə yarası alan Sarp Öztürk xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Ayaqlarından yaralanan Göktay Okçu və Ramazan Koçun həyatları üçün təhlükə yoxdur...

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36