“WikiLeaks”in qurucusu azadlıqda! - FOTO
“WikiLeaks” saytının qurucusu Culian Assanc dekabrın 16-da axşam saatlarında azadlığa buraxılıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 9 gündür ki, həbsdə olan Culian Assanc 240 min funt sterlinq girovun ödənilməsi müqabilində azadlığa buraxılıb.
London Ali Məhkəməsi önündə çoxsaylı mətbuat təmsilçiləri tərəfindən qarşılanan “WikiLeaks” saytının qurucusu deyib ki, “Londonun havasını təkrar udmaq gözəldir”. O, azadlığa çıxman üçün ona dəstək verən, zamin duranlara, vəkillərə, mətbuat təmsçilçilərinə və Böyük Britaniyanın hüquq sisteminə təşəkkür edib.
Qeyd edək ki, dekabrın 15-də London Ali Məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Assancın girov müqabilində azadlığa buraxılması barədə qərarını təsdiqləyib. İsveç hüquq-mühafizə orqanlarının sorğusu əsasında dekabrın 7-də həbs olunan Culian Assancın həbs müddəti dekabrın 14-də başa çatıb. Ancaq apelyasiya məsələsinə görə “WikiLeaks” saytının qurucusu 2 gününü də həbsxanada keçirməli olub. Apelyasiya şikayətini isə İsveç hüquq-mühafizə orqanları deyil, Böyük Britaniya hüquq-mühafizə orqanları veriblər.
Qeyd edək ki, London Məhkəməsi dekabrın 14-də 240 min funt sterlinq müqabilində onun azadlığa buraxılması barədə qərar qəbul edib. Culian Assanc İsveçdə zorlama əməli törətməkdə günahlandırılır.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36