Bu gün Peterburqda da qarşıdurma gözlənilir
Lent.az-ın “fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, Sankt-Peterburq Daxili İşlər İdarəsinin təmsilçisi Mixail İlin deyib ki, internetdə rus futbol azarkeşlərinin günorta saatlarında Senn meydana yığışacağı barədə xəbər yayılıb.
Satt 18:00-da isə Şimali Qafqaz əsilli insanların meydana gəlməsi gözlənilir. Mixail İlin bildirib ki, aksiyaya hazırlıqla bağlı xəbərlər müxtəlif şəxslərin internet ünvanlarına göndərilib. Hazırda Sankt-Peterburq Daxili İşlər İdarəsi bu məktubu kimin göndərməsini üzə çıxarmaq üçün axtarış aparır: “Dağıstan diasporunun nümayəndələri bizə bildiriblər ki, dekabrın 15-dən əvvəl dağıstanlı tələbələrin bu aksiyaya qatılmaması üçün təbliğat aparıblar, ancaq buna baxmayaraq, tələbələr Senn meydanına gəliblər. Əgər bu dəfə də tələbələr meydana gələrsə, o halda diaspor qurumları bu tələbələrin ali məktəblərdən çıxarılmasını və Dağıstana göndərilməsini xahiş edəcəklər”.
Mixail İlin onu da qeyd edib ki, dekabrın 15-də Senn meydanında baş verən qarşıdurma zamanı saxlanılan 174 nəfərdən 80-i Dağıstan əsillidir. Dağıstan diasporunun rəhbərləri də bununla bağlı təəssüflərini bildiriblər.
Sankt-Peterburq Daxili İşlər İdarəsinin təmsilçisi milisin Senn meydanı ətrafında təhlükəsizlik tədbirlərini gücləndirdiyini də vurğulayıb.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14