“Ostankino” yaxınlığında rus millətçiləri aksiya keçirdi, milis güc tətbiq etdi
Axşam saatlarında bir neçə yüz rus millətçi gənci “Ostankino” teleqülləsi yaxınlığında icazəsiz aksiya keçirməyi bacarıb.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, onlar Moskva ruslar üçündür! sözləri yazılmış plakatlar qaldırıb, eyni zamanda ucadan bu şüarı səsləndiriblər.
Xüsusi təyinatlı milis dəstəsi kütləni dağıtmaq üçün güc tətbiq edib, daha sonra isə aksiyanın ən fəal iştirakçılarını yaxalayıb.
Moskva Daxili İşlər İdarəsinin mətbuat xidmətinin rəhbəri Viktor Biryukov saxlanılanların əksəriyyətinin yetkinlik yaşına çatmayanlar olduğunu bildirib. Onlar əsasən 8-11-ci sinif şagirdləridir.
“İnterfaks” agentliyi son məlumatlara əsasən, Moskvanın müxtəlif rayonlarında saxlanılan şəxslərin sayının 250 nəfəri keçdiyini bildirib. Bunların 130 nəfəri Manej meydanı ətrafında, 70 nəfəri isə “Ostankino” teleqülləsi yaxınlığındakı parkda saxlanılıb. Saxlanılanlar arasında Moskva ətrafındakı yaşayış qəsəbələrindən aksiyalarda iştirak etmək üçün Moskvaya gələnlər də var.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36