Moskvada 150-dən çox rus və Qafqaz əsilli gənc saxlanılıb
Samarada da 100 yeniyetmə aksiya keçirmək istəyib, milis toqquşmanın qarşısını almağa çalışır
Bu gün Moskva milisi şəhərdə rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında növbəti qarşıdurmanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər çərçivəsində onlarla şəxsi saxlayıb.
Lent.az-ın verdiyi məlumata görə, “İnterfaks” agentliyi bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Saxlanılanlar arasında həm slavyan gənclər, həm də qafqazlılar var. Bu şəxslər Manej meydanında, “Alekseyevskaya”, VDNX metrostansiyalarında, “Ostankino” teleqülləsi və Kiyev vağzalı ətrafında saxlanılıblar. Saxlanılanların üzərində travmatik və soyuq silahlar aşkarlanıb. “İnterfaks” agentliyi az əvvəl isə “Ostankino” istiqamətində gedən 25 nəfərin saxlanıldığı barədə məlumat yayıb. Saxlanılanların ümumi sayı 150 nəfəri keçib.
Bu gün Samara şəhərində də 100-ə qədər yeniyetmə şəhər parkında toplanmağa cəhd göstərib. Milis yeniyetmələri saxlayıb və onlar milis şöbələrinə aparılıblar.
Qeyd edək ki, Rusiya mətbuatında dünən radikal əhval-ruhiyyəli rus və Şimali Qafqaz əsilli gənclərin hesablaşmaq üçün bu gün “Ostankino” teleqülləsinin yanına toplaşacaqları barədə xəbərlər yer alıb. Rusiya paytaxtında milis pasport rejimini sərtləşdirib. Şəhərdə qruplar halında hərəkət edən gənclər xüsusən diqqət mərkəzində saxlanılır. “Ostankino” telequlləsi ətrafında da xüsusi təyinatlı milis dəstələri yerləşdirilib.
Xatırladaq ki, dekabrın 11-də Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabardin-Balkar əsilli şəxsi tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 10-dan çox cinayət işi açılıb.
Dekabrın 15-də isə axşam saatlarında rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında baş verən qarşıdurmalar, iğtişaşlar Moskvanın mərkəzində qarışıqlığa yol açıb, 1300 nəfər saxlanılıb.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14