Obama Əfqanıstan və Pakistan strategiyasını açıqlayıb
ABŞ prezidenti Barak Obama Ağ Evdə yeni Əfqanıstan-Pakistan strategiyasını açıqlayıb.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, prezident əsas hədəflərinin bu iki ölkədəki “Əl Qaidə” və “Taliban” qruplaşmalarının parçalanması və məğlubiyyətə uğraması, ABŞ və müttəfiqlərinin gələcəyini təhdid etmə qabiliyyətinin əngəllənməsi olduğunu söyləyib.
Barak obama Obama “Taliban” və “Əl Qaidə” ilə mübarizədə önəmli irəliləyişlərə nail olduqlarını bildirib və ölkəsinin planlaşdırıldığı kimi, iyul ayında Əfqanıstandan əsgərlərini çəkməyə başlayacağını söyləyib.
Prezidentdən sonra çıxış edən müdafiə naziri Robert Qeyts isə çəkilmənin nə qədər sürətli ollmasının bölgədəki şərtlərə bağlı olacağını vurğulayıb. Dövlət katibi Hillari Klinton da ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrini geri çəkərkən tarixi təkrarlamayacağını və əfqan xalqını tərk etməyəcəyini vurğulayıb.
Ağ Evdə bu strategiya açıqlanarkən bayırda müharibə əleyhdarları etiraz aksiyası keçirib. Nümayişçilər Əfqanıstan müharibəsinə son qoyulmasını və dərhal əsgərlərin geri çəkilməsini tələb ediblər. Özlərini Ağ Evin bağça divarına zəncirləyən iki nəfər isə həbs olunub.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14