Qorxmaz insan yaratmağın yolu tapıldı
Lent.az-ın “wday.ru” saytına istinadən verdiyi məlumata görə, alimlərin bu kəşfində heç bir şeydən qorxmaması ilə məşhurlaşan bir unikal xanım əvəzsiz rol oynayıb.
Təhqiqat qrupunun rəhbəri Castin Faynşteyn deyib ki, təbii qorxu özünümüdafiə instinktindən qaynaqlanır və bu, insana sağlamlığı və həyatı üçün potensial təhlükə olan vəziyyətlərdən qaçmağa kömək edir: “Ancaq təəccüblüdür ki, bu qadın təhlükəni müəyyən etmək qabiliyyətinə malik deyil və indiyə qədər yaşayır”.
Alimlər qadını qorxutmaq üçün ona zəhərli ilan göstərib, daha sonra ilanı onun üzünə yaxınlaşdırıb, insanın qətlə yetirilməsi ilə bağlı açıq səhnələr nümayiş etdiriblər. Daha sonra isə bir otağın qapısını bağlayaraq müxtəlif kölgələrlə dəhşətli mənzərələr yaratmağa çalışıblar. Ancaq bu qadının üzünün bir əzası belə tərpənməyib və onun qorxduğunu göstərən heç bir əlamət müşahidə olunmayıb. Araşdırma zamanı məlum olub ki, onun beynində sadəcə, qorxu təcrübəsi yoxdur.
Alimlər hesab edirlər ki, baş beyin qabığı ilə bağlı bu kəşf gələcəkdə travmadan sonrakı stresslərin və fobiya (daimi qorxu) ilə yaşayan insanların müalicəsində böyük rol oynayacaq.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36