“Həmas” rus raketi ilə “Merkava”nı aşırıb
Dekabrın 6-da dünyada tank əleyhinə mövcud silahlara qarşı ən güclü qorumaya sahib olan İsrailin “Merkava” tanklarından birinin “Həmas” tərəfindən vurulduğu üzə çıxıb. Qəzza bölgəsinə yaxınlaşan İsrail tankını fələstinlilər elə sərhəddəcə vurublar. Lent.az-ın məlumatına görə, yüksək səviyyəli ballistik qorumaya sahib olan “Merkava”nın vurulmasını Kinsetdə çıxışında İsrail ordusunun baş qərargah rəisi, general-polkovnik Qabi Eşkenazi açıqlayıb.
Generalın sözlərinə görə, “Həmas” əsgərləri “Merkava”nı Rusiyanın istehsalı olan “Kornet” idarəolunan raketi (9M133) ilə vurub. Lakin tankın zirehini dələn raket içəridə partlamayıb. Tank aşsa da, ekipaj salamat qalıb.
Xatırladaq ki, “Merkava”lar 120 mm çaplı “MG253” topu, “Laxat” tank əleyhinə idarə olunan raket, 2 ədəd 7,62 mm çaplı “FN MAG”, 1 ədəd 12,7 mm çaplı “M2HB” pulemyotu, 60 mm çaplı minaatanla, gecəgörmə cihazı, teplovizor, optik və lazer tuşlayıcı ilə təchiz olunur.
Rəşad

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14