Avropada “buz dövrü” başlayıb
Lent.az-ın “BBC”yə verdiyi məlumata görə, Avropa ölkələrində həyat iflic duruma düşüb.
Bazar günü Almaniyanın Frankfurt şəhərindəki hava limanında 500 uçuş ləğv olunub. Qar yağmasının davam edəcəyini bildirən rəsmilər 1300 aviareysin də ləğv olunacağını açıqlayıblar. “Lufthansa” aviaşirkəti müştərilərinə dəmiryolundan istifadəni tövsiyyə edib.
Dekabrın 19-da Fransanın “Charles de Gaulle” aeroportu da 1 saat fəaliyyətini dayandırıb. Gün ərzində aviaresylər 1 saat gecikməklə həyata keçirilib. Müğənni Lady Gaganın Parisdə verəcəyi konsert də səs sistemlərini daşıyan yük maşınlarının qarla örtülmüş yollarda qalması səbəbindən ləğv olunub. İngiltərəyə gedəcək sərnişinlər gecəni hava limanında keçirməli olublar. Buna səbəb “Heathrow” hava limanının gecə boyunca bağlı olmasıdır. Təkcə onu demək kifayətdir ki, aeroportda bir təyyarənin ətrafından 30 ton qar təmizlənib. Belçikada da 1500 sərnişin gecəni aeroportlarda keçirib.
Soyuqlar ölümlərə də yol açmaqda davam edir. Yunanıstanın şimalında ölkəyə qaçaq yolla girməyə çalışan 2 nəfər sərt soyuqlar səbəbindən donaraq ölüb. Macarıstanda sərt soyuqlar 5 nəfərin, Bosniya-Hersoqovinada 2 nəfərin həyatına son qoyub.
İsveçrə hökuməti 1800-ci ildən bəri ilk dəfə ölkədə belə sərt qış keçdiyini açıqlayıb. Hollandiyada futbol oyunları təxirə salınıb.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14