Dekabrın 21-i Saakaşvilinin və Stalinin ad günüdür
Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvilinin 43 yaşı tamam olub.
Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Prezident Administrasiyasından bildirilib ki, Mixail Saakaşvilinin ad günü ilə bağlı xüsusi tədbir nəzərdə tutulmayıb.
Mixail Saakaşvilinin ad gününü ailəsində, qohumlarının və yaxınlarının əhatəsində keçirəcəyi bildirilib.
Qeyd edək ki, Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də anadan olub. O, Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, daha sonra ABŞ-ın Kolumbiya Universitetində magistr dərəcəsinə yiyələnib. 1995-1996-cı illərdə Corc Vaşinqton Universitetində doktranturanı bitirib.
Mixail Saakaşvili siyasi fəaliyyətə 1995-ci ildə başlayıb, 2003-cü ilə qədər ədliyyə naziri, deputat, Tiflis meriyasının rəhbəri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olub. 2003-cü ildə müxalifət onun rəhbərliyi ilə qızıl “məxməri inqilabı” həyata keçirib, Eduard Şvarnadze istefaya göndərilib. Mixail Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub.
O da diqqət çəkir ki, bu gün Gürcüstanda kommunistlər və Stalinə sayğı ilə yanaşanlar Stalinin ad gününü qeyd edirlər. Bu insanlar Qori şəhərində Stalinin götürülmüş heykəlinin yerinə toplaşacaq və mövcud hakimiyyətin anti-Stalin siyasətini tənqid edəcəklər.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14