Sərxoş serb yambızı ilə təsadüfən köpək balığının öldürüb!
19 dekabr 2010 12:13 (UTC +04:00)

Sərxoş serb yambızı ilə təsadüfən köpək balığının öldürüb!

Lent.az-ın “New York Post” qəzetinə istinadən verdiyi məlumata görə, Draqan Steviç bir ziyafət məclisində çoxlu spirtli içki qəbul edib, daha sonra isə çimərlikdə çimmək həvəsinə düşüb.


O, hündür tramplindən atılan zamanı arxası üstə birbaşa çəkicbaşlı köpəkbalığının üzərinə düşüb. Köpək balığı güclü zərbə nəticəsində dərhal ölüb. Draqan Steviç özü nə baş verdiyini anlamayıb və üzərək sahilə çıxıb. Draqan Steviç dostlarına bildirib ki, su ona o qədər də yumşaq təsir bağışlamayıb, topuğu ağrıyıb. Draqan Steviçdə spirtli içkilərdən zəhərlənmə əlaməti müşahidə olunduğu və topuğunun əzələləri gərildiyi üçün xəstəxanaya aparılıb.


Draqan Steviç artıq Şarm-əl-Şeyxin yeni qəhrəmanı olub. Çünki bir çoxları hesab edirlər ki, o, məhz turistlərə hücum çəkərək yaralayan və öldürən köpək balığını öldürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar