Misirdə İsrailin 4 casusu tutuldu
Biznesmen Xaled Hasan isə İsrail üçün Misir, Suriya və Livanda casus hazırlamaqda günahlandırılır
Misirdə İsrail lehinə casusluqda şübhəli sayılan 4 nəfər saxlanılıb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar misirlidirlər.
Casusların tapşırığı yerli məmurların telefon danışıqlarını lentə almaq, Sinay yarımadasına gələn yaponiyalı və çinli turistlər barədə məlumat toplamaq olub. Saxlanılanlar Misirin turizm sənayesinə zərbə vurmaq məqsədi ilə turistləri oğurlamağa hazırlaşmaqda ittiham olunurlar.
Bu 4 misirli ilə bərabər, casus olayında 2 İsrail vətəndaşının adı da yer alıb. Misir israillilər barədə məlumatı “İnterpol”a təqdim edib.
Dekabrın 20-da Misir hakimiyyətinin misirli biznesmen Xaled Hasana qarşı da ittiham irəli sürdüyü məlum olub. Biznesmen Misir, Suriya və Livanda İsrail kəşfiyyatı üçün casuslar hazırlamaqda günahlandırılır. Bu iki casusluq olayının bir-biri ilə əlaqəli olub-olmadığı barədə məlumat verilmir.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14