İranda benzinin qiyməti 4 dəfə bahalaşacaq!
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb dövlət büdcəsindən ayrılan subsidiyanın dayandırılmasıdır.
İran hökuməti bu vaxta qədər yanacaq və ərzaq məhsulları kimi vacib məhsulların qiyməti saxlamaq üçün hər il dövlət büdcəsindən 100 milyard dollar ayırıb. Məhz bunun nəticəsidir ki, benzinin qiyməti bu ölkədə 10 sentə yaxın olub. Daha doğrusu, hər bir sürücü bir ay ərzində 60 litr benzini bu qiymətə alıb, 60 litrdən yuxarı benzin isə baha qiymətə satılıb.
Dövlət büdcəsindən ayrılan 100 milyard dollarlıq subsidiyanı dayandıran hökumət indi bunun mənfi təsirini azaltmağa cəhd göstərir. Bazar günü televiziya ilə xalqa müraciət edən prezident Mahmud Əhmədinejad deyib ki, əlavə addımlar atılacaq, ilk ayda 50 litrə qədər benzin yenə də aşağı qiymətə satılacaq. Mahmud Əhmədinejad hesab edir ki, subsidiyanın dayandırılması iqtisadiyyatın inkişafına təkan verəcək.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14