10 milyon dollarlıq  qızıl tapıldı, sahibi yoxdur
14 avqust 2026 20:00 (UTC +04:00)

10 milyon dollarlıq qızıl tapıldı, sahibi yoxdur

0

Belçikanın Sint-Gillis-bey-Dendermonde şəhərində köhnə binanın zirzəmisini təmir edən inşaatçılar təsadüfən əsl xəzinə aşkarlayıblar. Divarın içində gizlədilmiş sandıqdan təxminən 10 milyon dollar dəyərində qızıl tapılıb.

Lent.az xəbər verir ki, sandığın içərisində qızıl külçələr, qızıl parçaları və çoxlu sayda sikkə olub. İşçilər tapıntı barədə dərhal binanın sahibi olan “CAW Oost-Vlaanderen” xeyriyyə təşkilatına məlumat verib və polis çağırılıb.

Hazırda hüquq-mühafizə orqanları xəzinənin mənşəyini müəyyənləşdirməyə çalışırlar. Bəzi qızıl külçələrin üzərində təxminən 1957–1961-ci illərə aid işarələr aşkarlanıb. Lakin qızılın kim tərəfindən və hansı məqsədlə divarda gizlədildiyi hələ məlum deyil.

İstintaqçılar qızılın keçmişdə törədilmiş hansısa cinayətlə əlaqəsinin olub-olmadığını da araşdıracaq, həmçinin onun qanuni sahiblərini və ya varislərini tapmağa çalışacaqlar.

Təşkilat nümayəndələrinin sözlərinə görə, xəzinənin mənşəyinin müəyyənləşdirilməsi bir neçə il çəkə bilər.

Hələlik milyonlarla dollar dəyərində olan tapıntının sonda kimə qalacağı da bəlli deyil. Qızıl binanın sahibinə, onu tapan inşaatçılara, ya da xəzinəni gizlədən şəxsin mümkün varislərinə verilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 30

Oxşar yazılar