Qusarda qadın şüşə qabı ərinin başında sındırdı,  qolunu kəsdi
24 oktyabr 2026 17:45 (UTC +04:00)

Qusarda qadın şüşə qabı ərinin başında sındırdı, qolunu kəsdi

0

Qusarda arvad ərinin qolunu kəsib.

Lent.az xəbər verir ki, hadisə Qusar şəhəri ərazisində baş verib.

45 yaşlı Samirə İslamova (şərti adla) ilə həyat yoldaşı Qalib (şərti ad) arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın boş şüşə qabı götürərək, ərinin başına çırpıb. Nəticədə qab sınıb. Daha sonra Samirə sınmış qabın bir parçası ilə Qalibin qolunu kəsərək, xəsarət yetirib.

Fakt əsasında S. İslamova barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkən şəxs barışdıqlarını bildiriblər. Zərərçəkən Qalib arvadına qarşı şikayətçi olmadığını deyib. Cütlük məhkəmədən cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə qərarı ilə cinayət işinə xitam verilib və Samirə İslamova məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar