Messinin xanımının  azyaşlı fanata köməyi gündəm oldu
24 oktyabr 2026 15:06 (UTC +04:00)

Messinin xanımının azyaşlı fanata köməyi gündəm oldu

0

Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı, 38 yaşlı Antonela Rokutso azyaşlı azarkeşin kumiri ilə görüşməsinə kömək edib.

Lent.az xəbər verir ki, hadisə İspaniyanın Oviedo şəhərində baş verib. Messi 2026-cı il üzrə Asturiya Şahzadəsinin İdman Mükafatını almaq üçün şəhərə səfər edib.

Futbolçu oteldən çıxarkən azyaşlı oğlan ona yaxınlaşaraq avtoqraf almaq istəyib. Lakin mühafizəçilər uşağın qarşısını kəsərək Messiyə yaxınlaşmasına icazə verməyiblər.

Bunu görən Antonela Rokutso dərhal vəziyyətə müdaxilə edib. O, mühafizəçilərə işarə edərək uşağın buraxılmasını istəyib.

Nəticədə azyaşlı azarkeş arzusuna çatıb. Messi onun futbol butslarının üzərinə avtoqraf yazıb. Antonelanın bu hərəkəti sosial şəbəkələrdə diqqət çəkib.

Qeyd edək ki, Antonela Rokutso və Lionel Messi 2008-ci ildən birlikdədirlər. Cütlük 2017-ci ildə ailə qurub. Onların Tyaqo, Mateo və Siro adlı üç oğlu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar