Qubada kişi zənglərə cavab verməyən  arvadını döydü - Cinayət işi açıldı
24 oktyabr 2026 16:52 (UTC +04:00)

Qubada kişi zənglərə cavab verməyən arvadını döydü - Cinayət işi açıldı

0

Qubada kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Birinci Nügədi kəndində baş verib.

46 yaşlı Oruc Səfərov (şərti adla) zənglərinə cavab verməyən arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, əsəbiləşərək, qadını dolaba çırpıb, sonra yumruq zərbələri ilə arvadını döyüb.

Faktla bağlı Oruc Səfərov barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində arvadı ilə barışdığını, zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib. Hər ikisi məhkəmədən cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və O. Səfərov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar