20 yaşlı hokkeyçi NHL tarixində ən çox maaş alan  oyunçu oldu
30 iyul 2026 02:34 (UTC +04:00)

20 yaşlı hokkeyçi NHL tarixində ən çox maaş alan oyunçu oldu

0

Kanadalı hücumçu Maklin Selebrini NHL təmsilçisi "San Xose Şarks" klubu ilə yeni müqavilə imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə Milli Hokkey Liqasının (NHL) rəsmi saytında məlumat yayımlanıb.

Yeni beşillik müqavilə 2027/2028 mövsümündən qüvvəyə minəcək. Müqaviləyə əsasən, hokkeyçinin orta illik maaşı 18.8 milyon dollar olacaq.

Bununla da 20 yaşlı Maklin Selebrini NHL-in ən yüksək maaş alan oyunçusuna çevrilib.

Hazırda "Anahaym Daks" klubunun isveçli hokkeyçisi Leo Karlsson illik 18 milyon dollar, "Minnesota Uayld"ın rusiyalı ulduzu Kirill Kaprizov isə 17 milyon dollar qazanır.

Qeyd edək ki, Maklin Selebrini Kanada millisinin heyətində 2026-cı il Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar