47-ci   mərtəbədən yıxılıb sağ qaldı - MÖCÜZƏ
28 sentyabr 2023 16:46 (UTC +04:00)

47-ci mərtəbədən yıxılıb sağ qaldı - MÖCÜZƏ

ABŞ-da pəncərə təmizləyicisi 47-ci mərtəbədən yıxılaraq sağ qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ekvadordan Nyu-Yorka gələn Alcides Moreno göydələnlərdən birinin pəncərələrini yuyurmuş. Onun dayandığı platformanı tutan kəndirlər qoşma yerindən sürüşüb, kişi isə 47-ci mərtəbənin hündürlüyündən aşağı düşüb. Ətrafda olanlar onun köməyinə qaçıblar.

Möcüzə olsa da, Alcides sağ qalıb. Gələn həkimlər onu xəstəxanaya aparıb. O, bir müddət komada qalıb.

Müayinədən sonra məlum olub ki, Morenonun beynində, onurğasında, döş qəfəsində xəsarətlər, həmçinin qabırğa, sağ qol və hər iki ayağında sınıqlar var.

Adam yıxıldıqdan üç həftə sonra özünə gəlib. Hadisənin 2007-ci ildə baş verməsinə baxmayaraq, Moreno son müsahibəsində baş verənlərdən hələ də tam özünə gələ bilmədiyini etiraf edib.

Alcides yenidən yeriməyə başlamaq üçün onlarla əməliyyat keçirib. Kişi bildirir ki, o, artıq qaça bilməsə də, sağ olduğuna görə şükür edir.

# 1881
avatar

Oxşar yazılar