Sosial şəbəkədə qadını şantaj edib  pul və qızıl əşyalarını talayan  saxlanıldı
20 iyul 2026 18:29 (UTC +04:00)

Sosial şəbəkədə qadını şantaj edib pul və qızıl əşyalarını talayan saxlanıldı

0

Suraxanı rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 29 min manat pul vəsaiti və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının apardığı araşdırmalarla əməli zərərçəkənin 25 yaşlı qızının törətdiyi müəyyən olunub. O, ifadəsində sosial şəbəkələrdə tanış olduğu bir nəfərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək pul tələb etdiyini və evdən oğurladığı maddi vəsaitləri həmin şəxsə verdiyini bildirib. Həmin  əməli törətməkdə şübhəli bilinən O.Bağırov da saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 970

Oxşar yazılar