Xatirə İslamın əri CƏRİMƏLƏNDİ
20 iyul 2026 17:27 (UTC +04:00)

Xatirə İslamın əri CƏRİMƏLƏNDİ

1

Sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, F.Musazadə polis orqanına dəvət olunmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4-1.8-ci (kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən sərnişin daşınması) maddəsinə uyğun cərimə tətbiq edilməklə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi diqqətinə çatdırılıb.

Yol polisi kiçik elektrikli nəqliyyat vasitələrindən istifadə edən şəxsləri özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyan hərəkətlərdən çəkinməyə, qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1212

Oxşar yazılar