Kanadada 88 yaşlı keçmiş ibtidai sinif müəlliməsi, beş şagirdi zorlamaqda təqsirli bilinərək məhkum edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, 5 il 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Barbara Bakston yetkinlik yaşına çatmayan şagirdlərə qarşı seksual zorakılıqla bağlı ittihamlar üzrə təqsirli sayılıb. Cinayətlərin 1980-ci illərdə onun çalışdığı Berlington şəhərindəki dövlət məktəbi olan Pineland məktəbində törədildiyi bildirilir.
İş üzrə beş azyaşlı zərərçəkən kimi tanınıb. Qadın 5 il 5 ay həbs cəzası alıb.