60 ilin rekord qarı:  minlərlə reys təxirə salındı
21 yanvar 2026 14:41 (UTC +04:00)

60 ilin rekord qarı: minlərlə reys təxirə salındı

0

Şərqi Rusiyada başlayan ekstremal qış şəraiti Çin və Yaponiyaya da çatıb. Bu vəziyyət minlərlə reysin ləğvinə və sərnişinlərin gecikməsinə səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, son altmış ilin rekord göstəricilərinə çatan qar yağışı və şiddətli soyuq Yaponiyanın şimal-qərbini, eləcə də Çinin bəzi bölgələrini, o cümlədən Şanxayı bürüyüb.

Ləğv olunan reyslər səbəbindən çoxlu sərnişin Yaponiyada ilişib qalıb. Bir çoxları şəhərlər daxilində hərəkət etməyin ciddi şəkildə çətinləşdiyini qeyd edir.

Alimlər ekstremal havanı Şərqi Rusiyadan gələn güclü soyuq hava axınları ilə izah edirlər. Kamçatkada qar bir neçə metr hündürlüyə qədər yığılıb. Qar hətta binaların girişlərini bağlayıb və avtomobillərin üzərini örtüb.

Şanxayda isə qar son səkkiz ildə ilk dəfə yağıb. Qar yığınları əsas yolları iflic edib və nəqliyyatda xaos yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar