800 dollarlıq alimenti 80 min ədəd qəpiklə ödədi - FOTO
16 iyun 2021 08:18 (UTC +04:00)

800 dollarlıq alimenti 80 min ədəd qəpiklə ödədi - FOTO

ABŞ-ın Vircinya ştatında keçmiş arvadına əsəbləşən ər maraqlı üsula əl atıb.

Lent.az-ın xəbərinə görə, əsəbi ata qızının 800 dollar aliment pulunu 80 min ədəd penni (1 sent nominalında sikkə) ilə ödəyib. 
O, sikkələri keçmiş həyat yoldaşının yaşadığı həyətə boşaldaraq yoluna davam edib. Qadın elə zənn edib ki, kimsə avtomobillə həyətinə zibil boşaldır. Nə etdiyini soruşduqda isə sürücü “aliment puludur”, cavabını verib. 


Qadın bu hadisədən şikayət etməyib, əksinə məsələni sosial aksiyaya çevirib. Keçmiş həyat yoldaşının ödədiyi 80 min ədəd pennini məişət zorakılığından əziyyət çəkən qadınlara yardım aksiyasına sərf edib.  

# 10680
avatar

Oxşar yazılar