“Barselona” Kanselunu   transfer etdi
20 avqust 2026 17:51 (UTC +04:00)

“Barselona” Kanselunu transfer etdi

0

“Barselona” portuqaliyalı cinah müdafiəçisi Joau Kanselunun transferini rəsmən açıqlayıb. 

Lent.az xəbər verir ki, futbolçu daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edib.

“Barselona” ilə Kanselu arasında 3 illik müqavilə imzalanıb. Razılaşma 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

Xatırladaq ki, Joau Kanselu 2026-cı ilin yanvarında ötən mövsümün sonuna qədər “Barselona”ya icarəyə verilmişdi. 32 yaşlı müdafiəçi daha əvvəl 2023/24 mövsümündə də Kataloniya klubunun formasını geyinib.

Portuqaliyalı futbolçu ümumilikdə “Barselona”nın heyətində bütün turnirlər üzrə 65 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Kanselunun “Əl-Hilal”la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu. Lakin media məlumatlarına görə, tərəflər razılaşmanı qarşılıqlı şəkildə ləğv ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar