Roman Abramoviç
09 fevral 2025 16:43 (UTC +04:00)

Roman Abramoviç

Abramoviçin başı dərddədir

Almaniyada 58 yaşlı milyarder Roman Abramoviçlə bağlı araşdırma aparılır.

Lent.az-ın “ Spiegel Online”-yə istinadən verdiyi xəbərə görə, Frankfurt-na-Mayn Prokurorluğu milyarderin sanksiyalardan yayınmasından şübhələnir.

Prokurorluq araşdırmaya başlayıb və biznesmenə məxsus olduğu ehtimal edilən 4 lüks avtomobilin üzərinə həbs qoyulması barədə qərar verib. Söhbət dəyəri bir neçə milyon avro olan “Mercedes CLK GTR”, “Lamborghini Reventón” və 2 ədəd “Bugatti Chiron” markalı avtomobillərdən gedir.

Bununla bərabər, Cinayət İşləri üzrə Federal İdarə və Sanksiyaların İcrası üzrə Mərkəzi İdarənin təhqiqatçıları son sahibi Roman Abromoviçin olduğu düşünülən Garmiş-Partenkirxendəki (Bavariya) villalardan birində bir neçə dəfə axtarış aparıblar. Sübut qismində bir neçə sənəd əsəri müsadirə olunub.

Qeyd edək ki, 19-cu əsrin sonlarında tikilən villa Rusiyanın sabiq prezidenti Boris Yeltsinin qızı Tatyana Dyaçenkoya məxsus olub. 2005-ci ildə Garmiş-Partenkirxen meri bildirib ki, Roman Abromoviç öz şirkətlərinin biri üzərindən bu villanı alıb. Hazırda Almaniyada daşınmaz əmlak reyestrində villanın sahibi qismində “Parados Limited” şirkəti yer alıb. Bu firma Lixtenşteyndə qeydiyyatdan keçib.

Milyarderin vəkili isə bəyan edib ki, müvəkkili nə həmin villanın, nə də qeyd olunan avtomobillərin son sahibi deyil.

Əgər təhqiqatçılar daşınmaz əmlak və avtomobillərlə əlaqədar qanun pozuntusunu sübuta yetirərlərsə, Roman Abramoviçi 1 ilə qədər azadlıqdan məhrumetmə, yaxud cərimə gözləyir.

Roman Abramoviç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 2022-ci ilin martında Rusiya Prezidenti Vladimir Putinlə uzun müddət sıx əlaqədə olan oliqarx kimi Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyasına məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2114

Oxşar yazılar

Aeroportun tualetində itini boğdu - DƏHŞƏT

Aeroportun tualetində itini boğdu - DƏHŞƏT

22 mart 2025 , 13:02
İmamoğlu ikinci dəfə ifadə verməyə başladı

İmamoğlu ikinci dəfə ifadə verməyə başladı

22 mart 2025 , 11:18
Tramp Bayden ailəsinin məxfi sənədlərə girişini  ləğv etdi

Tramp Bayden ailəsinin məxfi sənədlərə girişini ləğv etdi

22 mart 2025 , 08:59
ATƏT-in Minsk qrupu buraxılmalıdır - Paşinyandan açıqlama

ATƏT-in Minsk qrupu buraxılmalıdır - Paşinyandan açıqlama

22 mart 2025 , 01:48
İraqın konsulluğu gülləbaran edildi

İraqın konsulluğu gülləbaran edildi

22 mart 2025 , 00:28
Tramp Çinə meydan oxudu - "Müharibəyə hazırıq"

Tramp Çinə meydan oxudu - "Müharibəyə hazırıq"

21 mart 2025 , 23:26
Əkrəm İmamoğlu ifadə verdi

Əkrəm İmamoğlu ifadə verdi

21 mart 2025 , 21:56
Altıncı nəsil döyüş təyyarəsi gəlir -  F-47

Altıncı nəsil döyüş təyyarəsi gəlir - F-47

21 mart 2025 , 20:35