ABŞ-a getmək istəyən mütəxəssislərə bəd xəbər - Viza 100 min dollar oldu
20 sentyabr 2025 08:48 (UTC +04:00)

ABŞ-a getmək istəyən mütəxəssislərə bəd xəbər - Viza 100 min dollar oldu

0

ABŞ prezidenti Donald Tramp yüksək ixtisaslı əcnəbi işçilər üçün H-1B iş vizası üçün rüsumun 100 min dollara qədər artırılması haqqında sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, bu haqda Ağ Evin şənbə günü elan etdiyi bəyanatda deyilir.

" Daxili təhlükəsizlik naziri, bu qərarın qüvvəyə mindiyi tarixdən etibarən 12 ay ərzində ABŞ-dan kənarda olan xüsusi peşə sahibləri üçün H-1B vizası ilə bağlı, 100 min ABŞ dolları məbləğində ödənişlə müşayiət olunmayan ərizələr üzrə qərar qəbulunu məhdudlaşdırmalıdır.", - sərəncamda deyilir.

Belə ki, Tramp 21 sentyabr 2025-ci il tarixindən etibarən bu növ vizaların verilməsinə 100 min dollarlıq rüsum ödənilmədiyi təqdirdə həmin şəxslərin girişinə bir illik məhdudiyyət qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar