Bəy toydan 1 həftə əvvəl  onu tərk etdi: gəlinin etdiklərini 7 milyon adam  izlədi - VİDEO
13 avqust 2026 14:36 (UTC +04:00)

Bəy toydan 1 həftə əvvəl onu tərk etdi: gəlinin etdiklərini 7 milyon adam izlədi - VİDEO

0

Böyük Britaniya sakini toyuna cəmi bir həftə qalmış sevgilisi tərəfindən tərk edildikdən sonra böyük tədbiri ləğv etməyib. O, ənənəvi toy mərasimi əvəzinə İtaliyada dəbdəbəli şənlik təşkil edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Liverpuldan olan 36 yaşlı Ketrin Consun hekayəsi TikTok-da sürətlə yayılıb. Cütlük təxminən yeddi illik münasibətdən sonra evlənməyi planlaşdırıb. Toyun Toskanada XVIII əsrə aid malikanədə keçirilməsi nəzərdə tutulub. Lakin mərasimə bir həftə qalmış bəy qəfil münasibəti bitirib və ölkənin cənubuna gedib.

“O, bunu mənə cəmi bir həftə əvvəl dedi və sonra cənuba işləməyə getdi. Mən və anam bütün məsələləri özümüz həll etməli olduq”, – deyə Ketrin bildirib.

Buna baxmayaraq, qadın aylarla davam edən hazırlığı və çəkilən xərcləri boşa verməmək qərarına gəlib.

“Şou davam etməlidir”, – deyən Ketrin öz şərəfinə böyük şənlik təşkil edib.

O, hətta gəlinlik əvəzinə axşam ziyafəti üçün nəzərdə tutulmuş libası geyinib.

“Onu geyinəndə düşündüm ki, bu da mənim həyatıma xas vəziyyətdir. Amma belə bir uğursuz insanla evlənmədiyim üçün çox xoşbəxtəm və yenidən sevgi həyəcanını hiss edə biləcəyəm”, – deyə qadın xatırlayıb.

Şənlik əvvəlcədən hazırlanmış plana uyğun keçirilib. Qonaqlar şam işığında şam yeməkləri yeyib, hovuzda əylənib, gəlinin bacıları çıxış ediblər, səhər isə Ketrinə peşəkar makiyaj edilib.

Ketrinin sözlərinə görə, tədbirə çəkilən xərcləri onların ortaq evinin satışından sonra keçmiş nişanlısı ödəyəcək. Toy hədiyyələri əvəzinə dostları onun bal ayı üçün pul toplayıblar. Bunun sayəsində Ketrin anası ilə birlikdə Kapri və Salernoya səyahət edib.

Şən ab-havaya baxmayaraq, qadın pərdə arxasında ağladığını və ən çətin anın qonaqların dağılışmasından sonra yaşandığını etiraf edib.

Bununla belə, “toy”dan çəkilən videolar TikTok-da böyük maraq doğurub. “Siz boşanmadan yayındınız” başlıqlı videoya 7,5 milyondan çox baxış gəlib.

Sosial şəbəkə istifadəçiləri britaniyalı qadına böyük dəstək göstərərək onun davranışını çətin vəziyyətdən ləyaqətlə çıxmağın nümunəsi adlandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar