Malayziyada timsah çay ilbizləri toplayan 78 yaşlı qadına hücum edərək, onu öldürüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə avqustun 11-də baş verib.
78 yaşlı Sambai Anggu çayda ilbiz toplayarkən timsahın hücumuna məruz qalıb. Hadisə zamanı qızı da həmin ərazidə olub. Lakin anasını timsahın ağzından ala bilməyib.
Ətrafdakı insanlar dərhal qadının köməyə gəlsələr də, timsah qadını təxminən 10 metr sürüyüb, daha sonra buraxaraq ərazidən uzaqlaşıb.
Qadının həyatını xilas etmək mümkün olmayıb. Onun cəsədi suyun səthində aşkarlanaraq yaxınlıqdakı körpüyə çıxarılıb.