ABŞ-da maşın mağazaya çırpıldı : 3 nəfər öldü, yaralılar var
06 fevral 2026 06:34 (UTC +04:00)

ABŞ-da maşın mağazaya çırpıldı: 3 nəfər öldü, yaralılar var

0

Kaliforniyanın Los-Anceles şəhərində avtomobilin ərzaq mağazasına çırpılması nəticəsində ən azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə yerli “ABC News” filialı məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib, lakin ilkin məlumatlara görə, hadisə qəsdən törədilməyib.

Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar