ABŞ-ın İrana qarşı hərbi əməliyyatında SON VƏZİYYƏT:  Qarşılıqlı zərbələr başladı
03 sentyabr 2026 10:19 (UTC +04:00)

ABŞ-ın İrana qarşı hərbi əməliyyatında SON VƏZİYYƏT: Qarşılıqlı zərbələr başladı

0

ABŞ və İran arasında bir müddət davam edən nisbi sakitlik pozulub, tərəflər yenidən qarşılıqlı hücumlara başlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ordusu İran ərazisindəki hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına, rabitə mərkəzlərinə, dəniz qüvvələrinə və mina yerləşdirmə imkanlarına zərbələr endirib.

İranın səhiyyə rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində 18 nəfər ölüb, 108 nəfər yaralanıb. Hörmüz boğazı yaxınlığında keçirilən toy mərasiminin zərbə zonasına düşməsi nəticəsində ölən və yaralananların olduğu bildirilir. ABŞ tərəfi mülki şəxsləri məqsədli şəkildə hədəfə almadığını açıqlayıb.

Tehran hücumlara cavab olaraq Bəhreyn, İordaniya, Küveyt və İraqdakı ABŞ hərbi mövqelərinə raket və pilotsuz uçuş aparatları göndərib. Küveyt hakimiyyəti bəzi hava hədəflərinin zərərsizləşdirildiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı ətrafında qurduğu yeni hərbi imkanların sıradan çıxarıldığını deyib. O, Vaşinqtonun zəruri hesab etdiyi vaxt yeni hücum həyata keçirməyə hazır olduğunu vurğulayıb.

BMT-nin Baş katibi Antonio Quterreş tərəfləri döyüşləri dərhal dayandırmağa çağırıb. Qarşılıqlı zərbələr Yaxın Şərqdə müharibənin yenidən genişlənməsi və enerji daşımalarının təhlükə altına düşməsi ilə bağlı narahatlığı artırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar