ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektorundan  keçirildi
05 sentyabr 2026 07:04 (UTC +04:00)

ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektorundan keçirildi

0

ABŞ hökumətinin müstəntiqləri jurnalistlərə sızdırılan məlumatların axtarışı üçün Pentaqonun təxminən 50 Birləşmiş Qərargah üzvünü poliqrafiya testindən (yalan detektoru) keçiriblər.

Lent.az xəbər verir ki, bu barədə "The New York Times" qəzetinin cümə günü dərc etdiyi məqalədə bildirilir.

Qəzetin məlumatına görə, bunlara İran müharibəsi, xüsusən də onun sursat çatışmazlığı yaratması ilə bağlı sızdırılan məlumatlar daxildir.  

Testlərin avqust ayında aparıldığı bildirilir. Dindirilənlər arasında həm hərbçilər, həm də mülki əməkdaşlar olub. Onlardan jurnalistlərə məxfi məlumat ötürüb-ötürmədikləri soruşulub.

Xüsusilə ABŞ-ın İranla müharibəsi zamanı mühüm döyüş sursatlarının sürətlə tükənməsi ilə bağlı mətbuata məlumatların necə sızdığı araşdırılıb.

Qeyd edək ki, söhbət uzunmənzilli dəqiq zərbə raketləri və Patriot hava hücumundan müdafiə raketləri kimi məhdud ehtiyatlardan gedir.

“CBS News” isə onlarla yüksək rütbəli hərbçinin, o cümlədən bəzi ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmilərinin poliqraf testindən keçirildiyini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar