ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə  çağırdı
06 fevral 2026 07:59 (UTC +04:00)

ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırdı

0

ABŞ İran ərazisində olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

Lent.az xəbər verir ki, ABŞ-ın İrandakı səfirliyinin mətbuat xidməti vətəndaşlara mümkün olduqda quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində çıxışı nəzərdən keçirməyi tövsiyə edib.

“Səfəriniz üçün ABŞ hökumətinin köməyindən asılı olmayan çıxış planı hazırlayın”, – deyə səfirliyin açıqlamasında bildirilir.

Bundan əlavə, diplomatik nümayəndəlik İran ərazisində internetin fəaliyyətində fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edib. Qeyd olunub ki, ABŞ vətəndaşları İranda saxlanılma baxımından yüksək risk altındadır və ABŞ pasportunun nümayişi və ya ABŞ-la əlaqələrin olması belə həbs üçün əsas ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar