Rusiyanın Pskov vilayətində minik avtomobili ilə yük maşını toqquşub.
Lent.az xəbər verir ki,bu barədə Pskov vilayəti üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində iki nəfər ölüb iki uşaq isə yaralanıb.
Uşaqların vəziyyəti ağır qiymətləndirilir. Yük maşınının sürücüsü xəsarət almayıb.
Hadisə yerində yol polisi və əməliyyat-istintaq qrupu işləyir.