Almaniya Ukraynaya yeni silah verəcək
24 iyun 2022 02:47 (UTC +04:00)

Almaniya Ukraynaya yeni silah verəcək

Almaniya Ukraynaya hərbi yardımları davam etdirəcək. 

Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin Müdafiə naziri Kristina Lambrext məlumat verib. Nazir bildirib ki, gələn həftədən etibarən ukraynalı hərbçilərə Mars-2 yaylım atəşli reaktiv sisteminin (YARS) istifadəsilə bağlı təlimlər keçiriləcək. 

Parlamentdə çıxış edən nazir təlimlər başa çatdıqdan sonra həmin raket sistemlərinin Ukraynaya təhvil veriləcəyini bildirib. Onun sözlərinə görə, Almaniya, Böyük Britaniya və ABŞ Ukraynaya ümumilikdə 10 YARS tədarük edib. 

Nazir onu da vurğulayıb ki, Ukrayna tərəfi Qərbdən aldığı silahlarla Rusiya ərazisindəki hədəfləri vurmayacağına zəmanət verib.
 

# 1260
avatar

Oxşar yazılar