Partiya sədri evə basqın edib kürəkənini döydü
17 avqust 2026 15:10 (UTC +04:00)

Partiya sədri evə basqın edib kürəkənini döydü

0

Mardinin Kızıltepe rayonunda İYİ Partiyanın rayon sədri Fahrettin Cevheroğlu həyat yoldaşı ilə problem yaşayan kürəkəni Muhammed Nakşioğlunun evinə təxminən 20 nəfərlik qrupla basqın etməkdə və onu döyməkdə şübhəli bilinərək saxlanılıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Muhammed Nakşioğlunun evinə qayınatası Fahrettin Cevheroğlu övladları və qohumlarından ibarət təxminən 20 nəfərlik qrupla gəlib.

Tərəflər arasında yaranan mübahisədən sonra Nakşioğlunun döyüldüyü iddia olunub. Bildirilir ki, qrup üzvləri dəmir darvazadan aşaraq evin həyətinə daxil olub və Nakşioğluna hücum ediblər.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadası göndərilib. Xəstəxanaya çatdırılan Nakşioğlu müalicədən sonra aldığı xəsarətlərlə bağlı tibbi arayış götürüb. O, polisə müraciət edərək hadisə ilə bağlı şikayət edib.

Başladılan araşdırma çərçivəsində İYİ Partiyanın Kızıltepe rayon sədri Fahrettin Cevheroğlu saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar