Mourinyo  “Real Madrid”də mövsümə belə hazırlaşır
17 avqust 2026 14:39 (UTC +04:00)

Mourinyo “Real Madrid”də mövsümə belə hazırlaşır

0

“Real Madrid” 2026/27 mövsümü öncəsi keçirdiyi altı yoxlama oyunundan beşində qalib gəlib, birində heç-heçə edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi Madrid klubu hazırlıq matçlarında “Alkorkon”u 1:0, “Leqanes”i 4:1, “Ferentsvaroş”u 2:1, “Deportivo”nu 1:0 və “Şalke”ni 3:0 hesabı ilə məğlub edib. “Fiorentina” ilə qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb.

Dünya çempionatından sonra komandaya qoşulan Kilian Mbappe “Şalke” ilə son yoxlama matçında meydana çıxıb və cəmi altı dəqiqə sonra fərqlənib.

“Real Madrid” La Liqanın yeni mövsümündə ilk oyununu avqustun 22-də səfərdə “Espanyol”a qarşı keçirəcək. Madridlilər daha sonra “Real Sosyedad” və “Malaqa”nı qəbul edəcək, “Real Betis”in qonağı olacaq və “Rayo Valyekano” ilə üz-üzə gələcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar