“Sumqayıt”ın kapitanı qapını yumruqladı, xəstəxanalıq oldu  - VİDEO
17 avqust 2026 12:51 (UTC +04:00)

“Sumqayıt”ın kapitanı qapını yumruqladı, xəstəxanalıq oldu - VİDEO

0

“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Misli Premyer Liqasının ilk turunda “Neftçi” ilə keçirilən oyun zamanı baş verib.

Matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alan 24 yaşlı yarımmüdafiəçi meydanı tərk edərkən əsəbiləşərək stadionun qapısına yumruq vurub. Bu zaman qapının şüşələri qırılıb. Şüşə parçaları futbolçunun ayağına düşərək dərin kəsiklər yaradıb. Futbolçu xəstəxanaya yerləşdirilib. O, bu gün əməliyyat olunacaq. 

Qeyd edək ki, Səbuhi Abdullazadə “Neftçi”nin futbolçusu Breno Almeydaya qarşı kobud hərəkətinə görə meydandan qovulub. “Sumqayıt” qarşılaşmada 1:3 hesabı ilə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar