Almaniyada bıçaqlı insident:  8 nəfər yaralandı
20 iyul 2026 06:25 (UTC +04:00)

Almaniyada bıçaqlı insident: 8 nəfər yaralandı

1

Almaniyanın Bavariya əyalətində keçirilən tədbirdə baş verən bıçaqlı insident nəticəsində 8 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Eqqlinq kommunasında baş verib. Hücum zamanı 16 yaşlı yeniyetmə qolundan ağır bıçaq xəsarəti alıb. Şübhəli hadisə yerindən qaçıb.

Təxminən 700 nəfərin iştirak etdiyi tədbirdə yaranan qarışıqlıq zamanı daha bir neçə nəfər də xəsarət alıb. Polis bir neçə şəxsi saxlayıb, hücumçunun axtarışları isə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 812

Oxşar yazılar