Ana 20 günlük uşağını  döyüb öldürdü
20 avqust 2022 19:55 (UTC +04:00)

Ana 20 günlük uşağını döyüb öldürdü

Türkiyədə ana övladını döyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kırşehir şəhərində baş verib. Burada sosial şəbəkədə tanış olan Z.A və D.A ailə qurublar. Ana Z.A ikinci uşaqları M.A-nı naməlum səbəbdən döyməyə başlayıb.

Uşağın ağlamaq səsini qonşuları eşidərək evə gəliblər.  Dərhal polisə xəbər verilib, əməkdaşlar hadisə yerinə cəlb olunub.

Polis əməkdaşları ana və atanı şöbəyə aparıblar. Lakin evə gələn təcili tibbi yardım işçiləri artıq 20 günlük körpənin öldüyünü bildiriblər.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

# 4455
avatar

Mehman Nəbiyev

Oxşar yazılar