Namizəd Səfərova  8 il cəza   istənildi
19 noyabr 2026 13:11 (UTC +04:00)

Namizəd Səfərova 8 il cəza istənildi

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə  dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı  təqsirləndirilən Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Vəkillər çıxış üçün vaxt istəyib. 

Növbəti proses noyabrın 26-na təyin olunub. 

Xatırladaq  ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar