"Arvad ərinə belə sillə vurmaz"  - Peskov da reaksiya verdi
31 may 2025 17:53 (UTC +04:00)

"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi

"Arvad ərinə belə sillə vurmaz".

Lent.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.

O, “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinin ictimai tədbir zamanı Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşından aldığı sillə ilə bağlı sualını belə şərh edib:

“Əgər qadın ərinə sillə vurursa, o, bunu heç vaxt səbəbsiz etməz. Amma bu, bizim işimiz deyil”.

Sillə hadisəsi mayın 26-da Vyetnamda Emmanuel Makron həyat yoldaşı ilə təyyarədən enərkən baş verib və jurnalistlər tərəfindən lentə alınıb. Yelisey sarayı bunu mehriban zarafat adlandırıb, lakin media ər-arvad arasında mümkün münaqişə barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188

Oxşar yazılar