Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi  tanıdı
29 yanvar 2026 19:14 (UTC +04:00)

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıdı

0

Avropa İttifaqı İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Avropa İttifaqınnın Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib.

“Repressiyalar cavabsız qala bilməz. Avropa İttifaqı xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaqla bağlı qətiyyətli bir qərar verdi. Öz xalqının minlərlə nümayəndəsini öldürən istənilən rejim öz sonu üçün çalışır”, - Kaya Kallas qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar