Avropanın bu aviaşirkəti  çox sayda reysi ləğv edir
28 iyun 2022 06:04 (UTC +04:00)

Avropanın bu aviaşirkəti çox sayda reysi ləğv edir

Almaniyanın “Lufthansa” aviaşirkəti 3000-dən çox reysi ləğv etdiyini açıqlayıb. 

Lent.az xəbər verir ki, şirkət bunu işçi çatışmazlığı ilə izah edib. Bildirilib ki, koronavirus məhdudiyyətlərinin ləğvindən sonra təyyarə istifadəçilərinin sayı kəskin artıb. 

Əvvəlki həftələrdən fərqli olaraq uçuşların ləğvi həftənin bütün günlərinə şamil edilir. Bundan ən çox Frankfurt və Münxen limanları əziyyət çəkir.

“Lufthansa”nın törəməsi olan “Eurowings” də ay ərzində minədək uçuşu ləğv edib. 

# 1287
avatar

Oxşar yazılar