Avropanın ən güclü nüvə reaktoru işə salındı
01 oktyabr 2022 06:40 (UTC +04:00)

Avropanın ən güclü nüvə reaktoru işə salındı

Finlandiyadakı Olkiluoto atom elektrik stansiyasının üçüncü reaktoru uzunmüddətli gecikmədən sonra fəaliyyətini bərpa edib. 

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, AES-in dekabrdan etibarən tam gücü ilə işləməsi planlaşdırılır. Finlandiya hökumətinin bəyanatında göstərilir ki, Olkiluoto-3 gücünə görə Avropada birinci, dünyada isə ikincidir.

Stansiyanın istismara verilməsində məqsəd qış fəslində gözlənilən enerji böhranının qarşısını almaqdır. Olkiluoto AES Finlandiyanın enerjiyə tələbatının təxminən yarısını ödəmək gücündədir.

Areva-Siemens konsorsiumunun inşa etdiyi üçüncü reaktorun tikintisi texniki və maliyyə problemlərinə görə 12 il gecikmə ilə bu ilin martında başa çatıb. İl ərzində reaktorun bir neçə sınağı həyata keçirilib.

# 1800
avatar

Oxşar yazılar