Bağırsaqda lif azalanda mikroblar  bizi “yeməyə” başlayır - Alimlərdən xəbərdarlıq
16 avqust 2026 06:36 (UTC +04:00)

Bağırsaqda lif azalanda mikroblar bizi “yeməyə” başlayır - Alimlərdən xəbərdarlıq

0

Bağırsaqda lif çatışmazlığı mikrobların qoruyucu selik qatındakı zülallardan istifadə etməsinə səbəb ola bilər.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, qidada lifin miqdarı azaldıqda bağırsaq mikrobiomunun davranışı dəyişə bilər. Faydalı bakteriyalar enerji mənbəyi kimi bağırsağı qoruyan selik qatındakı komponentlərdən istifadə etməyə başlaya bilər.

Alimlərin fikrincə, uzun müddət liflə zəngin qidaların az qəbul edilməsi bağırsağın qoruyucu baryerinə mənfi təsir göstərə bilər. Bu səbəbdən tərəvəz, meyvə, paxlalılar və digər lifli qidaların rasionda olması vacib hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar