Valideynləri ölmüş oğlanları ilə uzun müddət səyahət etdi
17 avqust 2026 06:28 (UTC +04:00)

Valideynləri ölmüş oğlanları ilə uzun müddət səyahət etdi

0

İtaliyada heç nədən şübhələnməyən ər-arvad avtomobildə ölmüş oğullarını aparıb, valideynlər onun yatdığını düşünüblər

Lent.az xəbər verir ki, üç nəfərlik ailə avtomobillə Turin istiqamətində hərəkət edib.

Bir müddət sonra ana və ata arxa oturacaqda səssiz oturan 31 yaşlı oğullarına səsləniblər, lakin o, cavab verməyib.

Həmin vaxt kişinin artıq nəbzi olmayıb. Hadisə yerinə çağırılan həkimlər onun öldüyünü müəyyən ediblər.

Valideynlər bildiriblər ki, oğullarının son sözlərini deməsindən sonra təxminən 100 kilometr yol gediblər.

“Corriere della Sera”nın məlumatına görə, kişinin ürək tutmasından öldüyü ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar