Koenigsegg Le Mans yarışına çıxa bilməyən əfsanəvi CCGT layihəsindən ilhamlanan yeni CCGT1 superkarını təqdim edib.
Lent.az xəbər verir ki, bu barədə Car and Driver məlumat yayıb.
Yeni avtomobil orijinal CCGT yarış avtomobilinin ideyasını müasir texnologiyalarla birləşdirir. CCGT1 təxminən 1600 at gücünə malikdir və yüksək performanslı avtomobillər arasında xüsusi yer tutmağa iddialıdır.
Koenigsegg-in yeni modeli Monterey Car Week çərçivəsində təqdim olunub. Şirkət bunun sadəcə yeni avtomobil deyil, vaxtilə reallaşa bilməyən yarış layihəsinə verilən ikinci həyat olduğunu vurğulayır.